• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı bankir “Gələcək Liderlər – 2022” proqramına seçilib

Azərbaycanlı bankir “Gələcək Liderlər – 2022” proqramına seçilib
13.12.2021 12:18
Hər il Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən həyata keçirilən "BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı) üçün namizədlərin seçimi prosesi başa çatıb. Azərbaycanda və regionda bu təşkilatın yeganə üzvü olan Kapital Bank-ın ödənişlər sahəsinin rəhbəri Fərid Səmədov seçim prosesini uğurla keçərək, növbəti il üçün proqramda iştirak etmək hüquqi əldə edib.


Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir. 


Eyni zamanda dünyanın müxtəlif ölkələrindən proqrama namizədliyi irəli sürülən şəxslər öz sahələrində innovativ yanaşmaları tətbiq edən şəxslərdir. Onlar üçün rəqəmsallaşma dövründə fərqli ölkələrdəki transformasiyalar prosesində qazandıqları təcrübəni öyrənmək əsas prioritetlərdəndir. Proqram zamanı həmçinin, iştirakçılar BAFT-ın İdarə Heyəti, qlobal bankların rəhbərləri, BAFT-ın müxtəlif komitə və şuralarının tövsiyələri və fikirləri əsasında seçilən layihələrdə komanda işi nümayiş etdirəcəklər. 


Qeyd edək ki, Fərid Səmədov 2015-ci ildən Kapital Bank-da işləyir. Ödənişlər sahəsinin rəhbəri olaraq müştərilərin istəklərinə uyğun, innovativ ödəniş alətlərinin və sistemlərinin yaradılması, bank xidmətlərinin rəqəmsallaşdırılması sahəsinə rəhbərlik edir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol