Türk lirəsindən növbəti antirekord

Türkiyə valyutası 1% ucuzlaşıb və ABŞ dollarına nisbətdə 14,47 lirə təşkil edib, bu barədə Türkiyə Mərkəzi Bankı (TBM) məlumat yayıb.
Ötən həftə dollar lirə qarşısında 13,95 lirə həddini keçdikdən sonra Türkiyə Mərkəzi Bankı birbaşa satış yolu ilə məzənnəyə müdaxilə etmişdi. Ekspertlər yeni antirekordu TBM-in dekabrın 16-da gözlənilən uçot dərəcəsini yenidən endirəcəyi ilə əlaqələndirirlər. Bu, TBM-in bənzər səviyyədən son 10 gündə 3-cü müdaxiləsidir.
Bu ilin əvvəlində 1 dollar 7,4 lirəyə bərabər olan türk valyutası bir il ərzində 50% ucuzlaşıb. Son 20 ildə maksimum gündəlik eniş noyabrın 23-də qeydə alınıb - həmin gün lirə 16% ucuzlaşıb. Bu, Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarını verməsindən sonra baş verib, bundan sonra ölkə prezidenti Tayyib Ərdoğan yenidən uçot dərəcəsinin endirilməsinin tərəfdarı olduğunu bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır