İcbari tibbi sığorta zərfinə daxil edilən xidmətlər ARTIRILACAQ

Hazırda İcbari Tibbi sığorta zərfinə 2 550 xidmət daxildir. Yeni siyahıya 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.
www.anews.az
Onun sözlərinə görə, cari ildə 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub.
"Limit qoyulan xidmətlər Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərdiyi məhdud xidmətləri sırasındadır. Limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır. Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcək dövrlər üçün həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır", - deyə Quliyeva əlavə etdi.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























