• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq

İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq
14.12.2021 12:25
"İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərdə yeniliklər olacaq".
 
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.
 
Onun sözlərinə görə, bu həftə ərzində göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq: "Müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasinda planlı yatış xidmətindən istifadə mümkün olur".
 
A.Ələkbərov bildirib ki, bundan başqa dəyişikliklər nəzərdə tutulmayıb: "Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, Xidmətlər Zərfinə daxil olub-olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmət dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək"- deyə əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol