• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib
15.12.2021 14:39
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, hədəflərin və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın ictimaiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda missiyanın ötürücü vasitəsi və mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq "Açıq qapı” tədbirləri, Mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi, maliyyə bazarları və s. mövzularda təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq yeni qəbul olunmuş "Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi 15 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda "Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün videokonfrans formatında növbəti təlim keçirilib.

Mastercard şirkəti ilə birgə keçirilmiş təlim jurnalistlərin bu istiqamətdə biliklərini artırmaqla yanaşı, onlar tərəfindən maliyyə xidmətləri üzrə rəqəmsal həllər və təhlükəsizlik məsələləri mövzusunda hazırlanan reportajların effektivliyinin artırılmasına, nağdsız ödənişlər sahəsində maarifləndirmə, təbliğat tədbirlərinin həyata keçirilməsi işində kömək edəcək.

Təlim iştirakçılarına rəqəmsal ödənişlər sahəsində qlobal səviyyədə baş verən son trendlər, yeni texnoloji innovasiyalar sayəsində daha müasir ödəniş alətlərindən istifadə imkanları, Mastercard şirkətinin rəqəmsal ödənişlər üzrə təklif etidiyi innovativ həllər barədə ətraflı məlumat verilib.

Bunlarla yanaşı kartlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək üzrə daha effektiv təbliğat və təşviqat kompaniyalarının təşkili, əhali arasında maarifləndirmənin artırılması istiqamətində səylərin artırılmasına dair müzakirələr aparılmışdır.

Təlim zamanı təqdim olunan mövzular barədə jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmış, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol