• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin yeni konseptdə qurulmuş Binəqədi filialı müştərilərin xidmətində!

ABB-nin yeni konseptdə qurulmuş Binəqədi filialı  müştərilərin xidmətində!
14.12.2021 18:00
ABB yeni konseptdə qurulmuş Binəqədi filialını istifadəyə verib. Müştərilər üçün daha əlçatan olsun deyə filialın ünvanı dəyişib. Binəqədi filialı hazırda gediş-gəliş üçün çox rahat bir yerdə - "Azadlıq” metrosunun yaxınlığında (Süleyman Sani Axundov küçəsi - 42) xidmət göstərir.
Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Binəqədi filialında kassa-hesablaşma əməliyyatları, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev Bankın filiallarının yenilənməsi prosesinin uğurla davam etdirildiyini bildirib: "Ofislərimizin yenilənməsi müxtəlif seqmentlərdən olan müştərilərimizə daha keyfiyyəli xidmət üçün geniş imkanlar yaradır. Binəqədi filialı ABB-nin yeni brend kimliyinə uyğun dizayn edilib. Filial və şöbələrimizin ABB-nin yeni brend kimliyinin təcəssümü olan "Müasir, Faydalı, Universal” sloqanına uyğun fəaliyyət göstərməsi bizim üçün çox mühümdür”. O, yaxın müddətdə digər yenilənmiş filial və şöbələrin də açılışının olacağını qeyd edərək bu prosesin növbəti dövrlərdə də davam edəcəyini vurğulayıb. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 
































www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol