• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank daha 4 sahibkara dəstək oldu

Yelo Bank daha 4 sahibkara dəstək oldu
20.12.2021 17:34
Yelo Bank-dan fərdi sahibkarlara növbəti dəstək

Yelo Bank növbəti dəfə sosial layihələrə xüsusi diqqət yetirərək, Özünüməşğulluq Proqramı çərçivəsində daha 4 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.

Un məmulatları istehsalı, qida, avtotəmizləmə və avtoeletrik sahələri üzrə sahibkarlıq arzusuna çatmaq istəyən vətəndaşlara Bank öz dəstəyini göstərib.
Vətən müharibəsinin qazisi, öz avtoyuma məntəqəsini açmaq arzusunda olan Vəliyev Ramil, "fast food” satışı ilə məşğul olmaq istəyən Vətən müharibəsinin qazisi Eyvazov Ramin və avtoelektrik xidmətləri göstərmək istəyən İsmayılov İsmayılı da Yelo Bank lazımi avadanlıqlarla təmin etdi.
Dəstək verilən digər vətəndaş isə şəhid anası Mustafayeva Arifədir. O çoxdandır un məmulatları istehsalı biznesini qurmaq arzulayırdı.
 
Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Yelo Bank bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət göstərir. Bank özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa davam edəcək.

İndi sahibkarlar Yelo App-dən tamamilə onlayn şəkildə öz biznes hesablarını pulsuz aça, istədiyi vaxt və istədiyi yerdə idarə edə, istədiyi məbləğdə biznes krediti sifariş edə bilərlər.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarına yazın!  
Yelo Bank – Parlaq bankçılıq!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol