Azərbaycanda nə qədər bank kartı var? - RƏSMİ

Bank sistemi üzrə noyabrın sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədəd təşkil edib, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 27.3% təşkil edib.
Noyabr ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.8 %-ni təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























