Həlak olan və əmək qabiliyyətini itirən işçilərə müavinətlər belə veriləcək - Fərman

Prezident İlham Əliyev "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq);
Bundan əvvəl isə müavinətlər aşağıdakı qaydada verilirdi:
Peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat;
Peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat;
Peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat;
Peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat;
Həlak olduqda – 77 manat.
Fərmanın aşağıdakı hallarda tətbiq edilmir:
2022-ci il yanvarın 1-dək özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə təyin olunmuş müavinətlərin məbləğinin 2022-ci il yanvarın 1-dən əvvəlki dövr üçün yenidən hesablanması zamanı;
2022-ci il yanvarın 1-dən sonra bu Fərmanın 2.1-ci bəndində göstərilən şəxslərə 2022-ci il yanvarın 1-dən əvvəlki dövr üçün müavinət təyin edilməsi zamanı.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























