• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi

Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi
30.12.2021 16:58
2021-ci il Bank Respublika tarixində ən uğurlu illərdən biri olmuşdur. 2021-ci il üçün mənfəət 20 milyon manat həddinə yaxınlaşıb ki, bu da ötən il əldə edilmiş mənfəətdən 3 dəfədən çoxdur.


Anews.az xəbər verir ki, bu il Bank, həmçinin 2017-ci ildə təsdiq edilmiş beşillik strateji inkişaf planını uğurla tamamlayıb. Mikro, kiçik və orta biznesin inkişafı strategiyasına sadiq qalan Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə edib. Belə ki, bu müddət ərzində bankın kapitalı 2 dəfə artaraq 100 milyon manat həddini keçib, kredit portfeli 2,5 dəfə, müddətli depozit portfeli isə 2 dəfədən çox artıb.


Strateji plan çərçivəsində Bankın səhmdarlarının strukturunun dəyişdirilməsi prosesi də uğurla başa çatıb.


Məqsədi inkişaf etməkdə olan ölkələrdə özəl sektoru dəstəkləmək olan Deutsche Investitions und Entwicklungsgesellschaft mbh (DEG) İnvestisiya şirkəti, institusional investor kimi daxili investisiya təcrübəsinə əsasən bankın kapitalının artırılmasında iştirak etmiş və eyni zamanda bankın əsas təsisçisinə gələcəkdə öz payını almaq hüququ təqdim etmişdir. 2021-ci ildə Bankın yaxşı maliyyə göstəricilərini, inkişaf perspektivlərini və növbəti illərdə dividendlərin ödənilməsini nəzərə alaraq, bankın strateji səhmdarı DEG-in "Bank Respublika"nın kapitalındakı payını tam olaraq almışdır.


Qeyd edək ki, Almaniyanın ən böyük dövlət bank qrupu Sparkassen-Finanzgruppe törəmə şirkəti Sparkassen International Development Trust (SIDT) vasitəsilə bankın səhmdarı olaraq qalır. Bu isə, bankın yüksək korporativ idarəetmə standartlarının tətbiqində çox mühüm rol oynayır və hal-hazırda SİDT-in dəstəyi ilə Bank Respublika Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsinə dəstək layihəsi çərçivəsində Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V. tərəfindən həyata keçirilən texniki yardım proqramında iştirak edir.


"DEG və SIDT korporativ idarəetmə sahəsində dünya təcrübəsini gətirməklə yanaşı, "Bank Respublika”nın institusional formalaşmasında da mühüm rol oynayıb. Biz DEG investisiya şirkətinin rəhbərliyinə bankın inkişafına verdiyi əvəzsiz töhfəyə görə təşəkkürümüzü bildiririk və müxtəlif maliyyələşdirmə formalarının cəlb edilməsi üçün əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”. – deyə "Bank Respublika”nın strateji səhmdarı Natiq Quliyev qeyd edib.


Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol