Bu ilin iqtisadi yekunları: Azərbaycan yeni yüksəklikləri fəth edir

Arxada qoyduğumuz 2021-ci il iqtisadi hadisələr baxımından çox zəngin oldu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanıldı, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 500 milyonuncu ton neft ixrac edildi, Azərbaycan və Türkmənistan "Dostluq” yatağının birgə işlənməsi haqqında razılığa gəldilər, qeyri-neft ixracı tarixi rekorda çatdı.
www.anews.az
Hadisə sayı o qədər çox oldu ki, onları sadalamaq üçün bir məqalə kifayət etməz, bu səbəbdən ən əsas hadisələrlə kifayətlənək.
Bu il dünya üçün ikinci "koronavirus ili” oldu. Əgər 2020-ci il şok effekti qlobal iqtisadiyyata ciddi zərbə vurmuşdusa, 2021-ci ildə dünya tədricən özünə gəlməyə başladı.
Azərbaycan üçün 2021-ci il ilk növbədə bərpa ili oldu. Yanvar-noyabr ərzində (daha sonrakı statistika hələ bəlli deyil) ölkənin ÜDM-i 2020-ci ildəki 4,3 %-lik azalmadan sonra 5,3 %-lik artım nümayiş etdirdi. Qeyri-neft sektoru da ötən il 2,6 %-lik azalmadan sonra 6,4 %-lik əhəmiyyətli artım nümayiş etdirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























