ABB-nin yeni konseptdə qurulmuş daha bir filial və şöbəsinin açılışı oldu

Xidmət şəbəkəsini inkişaf etdirən ABB daha bir filialını və şöbəsini yeni konseptdə müştərilərin istifadəsinə verib. Bunlar Göyçay filialı və Atatürk şöbəsidir. Göyçay filialı Göyçay şəhəri Heydər Əliyev prospekti – 38 ünvanında xidmət göstərir. Atatürk şöbəsinin yerləşdiyi ünvan isə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 242B-dir.
ABB-nin adı çəkilən filial və şöbəsi müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şəraitlə təmin olunub. Fərdi və korporativ müştərilər Göyçay filialı və Atatürk şöbəsində onlara lazım olan çeşidli xidmətlərdən faydalana bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























