• $
  • €
  • ₽
  • ₺
  • £

İnformatika üzrə daha 4 medal!

İnformatika üzrə daha 4 medal!
07.01.2022 10:17
Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı
 
Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. "Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər. 
 
Ölkəmizin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniblər. 
 
2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan "Azercell Telekom” MMC məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. Bu proses AR Təhsil İnstitutu və "Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.  Azercell-in dəstəyilə hazırlaşan məktəblilərimiz bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23 bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər.
 
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, "Azercell Telekom” MMC hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artmasına dəstək olan, eləcə də tələbələri bu istiqamətdə uğurlara təşviq edən layihələrini davam etdirəcək. "Azercell
 
Telekom” MMC məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol