• $
  • €
  • ₽
  • ₺
  • £

ABB 30 yaşını qeyd edir!

ABB 30 yaşını qeyd edir!
10.01.2022 10:54
Regionun aparıcı banklarından olan ABB bu gün 30 yaşını qeyd edir. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış Bank bu illərdə geniş inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük maliyyə qurumlarından birinə çevrilib. 

ABB ölkənin müxtəlif regionlarını əhatə edən 59 filialı, 19 şöbəsi ilə hazırda 13 minə yaxın korporativ, 2.3 milyondan çox fərdi müştəriyə universal bank xidmətləri göstərir. Bugünkü gündə ABB-də çalışan əməkdaşların sayı 2800 nəfər təşkil edir. 

30 illik fəaliyyəti ərzində Bank tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi bankçılıq texnologiyaları ilə sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Bu gün fəaliyyətini yeni brend kimliyi ilə davam etdirən Bank ABB adında 30 illik tarixi təcrübəsini və gələcək strateji hədəflərini bir araya gətirir. 
ABB genişmiqyaslı transformasiya layihələri ilə yenilənir, rəqəmsallaşma, müştəri xidmətinin təkmilləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edir. 

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 30 il ərzində ABB-nin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib: "Bu 30 il çətin sınaqların, addım-addım qazanılmış nailiyyətlərin, zəngin bankçılıq təcrübəsinin tarixidir. 30 yaşımızın hər anı bizim üçün müştərilərimizin ABB-yə olan inamı ilə dəyərlidir. Bu inamla da strateji hədəflərimizə doğru irəliləyirik. Ənənələrimiz bizə müasir çağırışlara çevik şəkildə cavab vermək imkanı yaradır. Texnoloji baxımdan sürətlə dəyişən bazar trendlərinə uyğunlaşaraq müştərilərimiz üçün yeni təcrübələr formalaşdırmaqdan, universal bankçılıq həllərimizlə ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən, cəmiyyətimizə faydalı olmaqdan qürurluyuq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol