• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi finala çıxıb

Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi finala çıxıb
11.01.2022 11:56
Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxdığı 50 manatlıq pul nişanı bu ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.


Anews.az bu barədə AMB-yə istinadən xəbər verir.


ABŞ-ın tanınmış "Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) "2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirib və bu müsabiqəyə bir sıra ölkələrin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi banklarının ötən il tədavülə buraxdığı pul nişanlarını cəlb edib.


Bundan əvvəl yeni 50 manatlıq pul nişanını ötən ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda "ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçib.


"Müstəqil Azərbaycan” mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan - "Pillələr”, təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı”, "Şagird”, "Tələbə” təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib.


Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol