"Azəriqaz" IB ötən il qaz qəbulunu artırıb - RƏSMİ

"Azəriqaz" IB 2021-ci il üzrə 7.52 milyard kub qaz qəbul edib, bu da 2020-сi ilin eyni dövrü ilə müqayisədə 774 milyon kubmetr artıq qaz deməkdir.
Anews.az-ın məlumatına görə bunu "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün jurnalistlər üçün keçirilən mətbuat konfrasında ilin yekunlarına dair hesabatında bildirib.
Qəbul olunan qazın 5.43 milyon kubmetri əhali, 2.1 milyon kubmetri isə qeyri əhali üçün nəzərdə tutulub.
"Azəriqaz" IB-nin 2021-ci il üzrə itkiləri 7.4 faiz olub, bu da 2020-nin eyni dövrü ilə 1.5 faiz azdır.
2022-ci il üçün itki hədəfi 6.5 faiz nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























