Şahin Mustafayev Rüstəm Qasemini azad olunmuş ərazilərdəki işlərlə tanış etdi

İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Bildirilib ki, İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib.
Onlar Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin ərazilərdə həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələri ilə tanış olublar.
Sonra nümayəndə heyətləri Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb.
Qonaqlar, həmçinin, işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci hava limanı – Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar.
Daha sonra Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























