• $
  • €
  • ₽
  • ₺
  • £

Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb

Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
21.01.2022 09:49
"Leobank”ı seçən istifadəçilərin sayı bu yaxınlarda artıq 100 000 nəfərə çatıb. Siz bu yazını oxuyarkən, bu rəqəm sürətlə artmaqda davam edir. Rəqəmlər mövzusuna toxunmuşkən "Leobank”ın fəaliyyəti ilə bağlı bəzi real faktları sizinlə bölüşmək istərdik.
 
"Leobank”ın mobil tətbiqindən bir gündə 35 400 müştəri istifadə edir, aktiv istifadəçilərin sayı isə həftədə 81 000-ə çatır. Bu təəccüblü deyil, çünki Leobank komandası çox rahat bir tətbiq hazırlayıb və bunun sayəsində müştəri bütün xərclərini rahat idarə etmək imkanı əldə edir. Bundan əlavə, bütün iş dövrü ərzində bank 200 000 000 manat məbləğində 3 200 000-dən çox əməliyyat həyata keçirib. Ən əsası isə Leobank artıq müştərilərinə 260 000 AZN-dən çox keşbek ödəyib! 
 
Leobank partnyorlarla işləmədiyinə, keşbeki öz vəsaiti hesabına təqdim etdiyinə görə, müştərilər dünyanın istənilən yerində alış-veriş etdikdə belə, zəmanətli keşbek qazanırlar.  Bunun üçün sadəcə olaraq hər ay istifadəçilər keşbek almağı planlaşdırdığı 2 kateqoriyanı seçməlidirlər.
 
Leobank daim müştərilərinə ən yüksək keyfiyyətli xidmət göstərməyə çalışır. Bunun üçün daimi əlaqə siyasəti və ən yüksək icra sürəti tətbiq olunur. Dəstək komandası 24/7 işləyir və istifadəçi sorğularına çox sürətlə cavab verir. İstənilən vaxt *7773 qısa nömrəsinə zəng etməklə, həmçinin Telegram, WhatsApp və Facebook Messenger ani mesajlaşma proqramlarından istifadə etməklə, bankla əlaqə saxlaya bilərsiniz. İxtisaslı mütəxəssislər Leobank tərəfindən göstərilən xidmətlərlə bağlı istənilən sualı cavablandıracaq.
 
Arzuolunan "Qara kart”ı əldə edərək "Leobank”ın müştərisi olmaq çox sadə və tamamilə pulsuzdur! Bunun üçün bir dəstə kağızı doldurub imzalamağa, saatlarla növbələrdə gözləməyə ehtiyac yoxdur. Leobank əməkdaşları kartı əvvəlcədən təyin olunmuş vaxtda birbaşa evinizə (və ya göstərdiyiniz digər ünvana) çatdırır. Həmçinin istəsəniz kartı Bakı, Sumqayıt və Gəncə şəhərlərində istənilən Unibank filialından da özünüz götürə bilərsiniz.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol