SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib

SOCAR-ın Böhran Vəziyyətlərinin və Fövqəladə
Halların İdarəolunması Mərkəzində üçüncü
səviyyəli təlim-məşq toplanışı keçirilmişdir. Mərkəzin yaradılmasından sonra keçirilən
ilk bu tipli təlim-məşq toplanışında "Günəşli”
yatağındakı 14 saylı dərin dəniz özülündə yüksək təzyiqli qaz xəttində ehtimali
qəza vəziyyəti simulyasiya olunub. "Qəza” ilə bağlı məlumatlandırıldıqdan dərhal
sonra SOCAR rəhbərliyi Böhran Vəziyyətlərinin
və Fövqəladə Halların İdarəolunması Mərkəzində toplanmış, 15 dəqiqə ərzində situasiya şirkət rəhbərliyinin
tam nəzarəti altına alınmışdır. . Təlimdə simulyasiya olunmuş qəzanın fəsadlarının
aradan qaldırılması şirkət rəhbərliyinin nəzarəti və rəhbərliyi altında məşq
olunmuşdur.
SOCAR-ın neft-qazçıxarma əməliyyatlarının
böyük hissəsinin dənizdə həyata keçirildiyi, dəniz əraitində isə insanların təxliyəsinin
təşkil olunmasının və qəzanın lokallaşdırılmasının mürəkkəbliyi nəzərə alınaraq
təlimin məhz dəniz platforması əməliyyatçıları ilə koordinasiyalı şəkildə keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Ssenarisi
bir neçə istiqamətdə mürəkkəbləşmiş formatda icra olunan təlim-məşqlərin məqsədi baş verə biləcək real hadisələr zamanı daha
hazırlıqlı olmaq, çatışmazlıqları müəyyən etmək və idarəetmə prosesini təkmilləşdirməkdir.
Analoji təlimlərin devizi bundan ibarətdir ki, qəza baş verəndə, əsas prioritet
insan həyatının qorunmasına, sonra isə ətraf mühit, reputasiya və aktivlərin
itirilməməsi ilə bağlı risklərin idarə olunmasına yönəldilməlidir. Bu kimi tədbirlərin keçirilməsi
SƏTƏMM sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addımdır. Praktik
təlimlərin keçirilməsi bu sahədə rol və
məsuliyyətlərin düzgün müəyyən olunmasına, koordinator və komissiya üzvlərinə
vahid komanda şəklində sistemli işləmək, baş verə biləcək real təhlükələr
zamanı çevik yanaşma və doğru qərarlar çıxarmaq kimi vərdişlərin aşılanmasına xidmət
edir. Təlimin hava, dəniz və qurudan müdaxiləni özündə ehtiva etməsi də dəniz əməliyyatlarının
spesifikasına uyğun seçilmişdir.
SOCAR-ın kəşfiyyat, hasilat, nəql və
emal sahələri də daxil olmaqla, bütün biznes seqmentləri üzrə yüksək təhlükə
potensiallı quru və dəniz obyektlərində bu cür təlim-məşqlərin illik
qrafik-plan üzrə keçirilməsi planlaşdırılır. Təlim-məşq toplanışlarının
mütəmadi keçirilməsi SOCAR üzrə SƏTƏMM sahəsində aparılan islahatların vacib tərkib
hissəsidir. Bu sahədə dayanıqlığı təmin etmək, beynəlxalq standartlara uyğunlaşmaq,
transmilli şirkətlərin təcrübəsini öyrənmək və tətbiq etmək məqsədilə yeni
layihələr işlənilir, sənəd və prosedurlar hazırlanır və müasir sənayedəki tələblərlə
uzlaşdırılır. Şirkətin strukturuna
daxil olan qurumlarda baş verə biləcək fövqəladə hadisələrin idarə edilməsi,
fövqəladə hallara strateji cavab tədbirlərinin təşkili məqsədilə SOCAR-da "Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarə
Olunması Planı” işlənib hazırlanmışdır. Eyni zamanda SƏTƏMM
sisteminin rəqəmsallaşdırlması üzrə işlər davam etdirilir.
Xüsusi qeyd olunmalıdır
ki, SOCAR-ın biznes vahidlərində əməliyyatlar zamanı təhlükəsizliyin
artırılması, işçilərin sağlamlığının təmin edilməsi, ətraf mühitə mənfi təsirlərin
minimallaşdırılması, SƏTƏMM mədəniyyətinin
yüksəldilməsi və işçilərin sosial rifahının inkişaf etdirilməsinin təmin olunması
məqsədilə SOCAR-da "Hədəf Sıfır”
proqramı işlənib hazırlanmışdır. "Hədəf
Sıfır” işin bütün səviyyələrində təhlükəsizlik, sağlamlıq, ətraf mühit və
rifahın dörd ölçüsünü birləşdirən preventiv yanaşma nümayiş etdirən çevik
yanaşma konseptidir və istənilən kontekstdə mənfi təsirlərin qarşısının
alınması üçün xüsusi təhlükəsizlik, sağlamlıq və ya rifah prioritetlərinə
uyğunlaşdırıla bilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























