SOCAR-ın iqtisadi nailiyyətləri ilə bağlı çıxarış

2021-ci ildə SOCAR tərəfindən polimer məhsulları daxil olmaqla 712,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 183% çoxdur.
2021-ci ildə ölkədə qeyri-neft məhsulları üzrə ümumi ixracın 26,4%-i SOCAR-ın payına düşüb.
2021-ci ildə ölkə üzrə qeyri-neft ixracı 870 milyon ABŞ dolları dəyərində artıb. Qeyri-neft məhsulları üzrə ixrac artımının 64,4%-i SOCAR tərəfindən qarşılanıb.
2021-ci ildə "SOCAR Ploymer” müəssisəsi tərəfindən ümumilikdə 252,2 milyon ABŞ dolları dəyərində polimer məhsulu ixrac edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 147% çoxdur.
2021-ci ildə ölkə üzrə qeyri-neft ixracının 9,3%-i SOCAR Polymer-in payına düşüb.
2021-ci ildə ölkə üzrə qeyri-neft sektoru üzrə ixrac artımının 17,3%-i SOCAR Polymer-in payına düşüb.
Tərkibində 46%-dən çox azot olan karbamid azot gübrələri içərisində ən keyfiyyətli və faydalı gübrə sayılır. Torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru, 2 ton kətan lifi almağa, habelə məhsulun keyfiyyətini daha da yaxşılaşdırmağa səbəb olur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























