Azərbaycan ABŞ-da anbar icarəyə götürəcək

Azərbaycan elektron ticarət vasitəsilə alınan malların ölkəyə çatdırılması üçün ABŞ-da anbar icarəyə götürmək niyyətindədir, bunu "Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.
Onun sözlərinə görə, ölkə hüdudlarından kənarda anbarların yaradılmasının iki yolu var, ya "Fulfillment by Amazon” prinsipi ilə, ya da həmin ölkədə ayrıca anbarların icarəyə götürülməsi ilə.
"Fulfillment by Amazon” "Amazon”un anbarlarından malların satışıdır. Bu halda satıcı mallarını "Amazon” anbarına göndərir, mallar orada emal olunur, saxlanılır və müştəriyə satılarsa, birbaşa ünvana çatdırılır.
"Digər yolu da odur ki, xüsusi anbarlar icarəyə götürülür. Belə bir anbarların icarəyə götürülməsi İngiltərədə və Almaniyada, ilk növbədə isə ABŞ-da nəzərdə tutulur”, - deyə Qədəşov qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























