“Azəriqaz” rəhbərliyi Şəkidə vətəndaşlarla görüşdü

"Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov da qaz təchizatı ilə bağlı bir sıra məsələləri Birliyin məsul şəxslərinin diqqətinə çatdırıb.
Bu gün təşkil olunan aksiya sayca 40-cıdır.
www.anews.az
"Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərini səsləndiriblər.
Şəki şəhər sakini Qüdrət Bəkirov şəhərin 119A kvartal ərazisində övladı, 2-ci qrup həqiqi-hərbi xidmət əlili Ramiz Bəkirli üçün inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Vətən müharibəsinin iştirakçısı Pənah İsrafilov ucqar ərazidə yerləşən Baş Zəyzid kəndinin qazlaşdırılmayan bəzi hissələrinin təbii qazla təmin olunmasını xahiş edib. Aksiyaya Qax rayonunun Əmbərçay kəndindən üz tutan Əhmədiyə Omarov bu kənddə mavi yanacağın olmadığını bildirib.
Daxil olan bütün müraciətlər Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov tərəfindən cavablandırılıb.
Bu gün təşkil olunan aksiya sayca 40-cıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























