• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Avropaya qaz ixracını artıracaqmı? - EKSPERTLƏRDƏN AÇIQLAMA

Azərbaycan Avropaya qaz ixracını artıracaqmı? - EKSPERTLƏRDƏN AÇIQLAMA
03.02.2022 22:43
İtaliya Azərbaycan qazının TAP boru kəməri ilə İtaliyaya ixracının ildə 10 milyard kubmetrə qədər artırılacağına ümid edir.  Bunu İtaliya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, İtaliya xarici işlər nazirinin müavini Manlio Di Stefano Azərbaycan energetika naziri Pərviz Şahbazovla  telefon söhbəti zamanı bildirib. 

"2021-ci ildə TAP ilə Avropaya 8 milyard kubmetr qaz ixrac edilib. Hazırda qaz kəməri öz layihə gücünün 80%-i qədər işləyir. Bacardıqca tez bir zamanda qaz ixracının 10 milyard kubmetrə qədər artırılmasında maraqlıyıq.Bu həm də TAP-ın layihə gücündə işləməsinə kömək edəcək", - deyə Di Stefano vurğulayıb. 

Di Stefano həmçinin bildirib ki, Avropanın enerji təhlükəsizliyinin artırılması məqsədilə kəmərin gücünün iki dəfə artırılması məsələsinin müzakirəsinidə məqsədəuyğun sayır. 
 
Pərviz Şahbazov söyləyib ki, Azərbaycan qazına orta və uzunmüddətli perspektivdə tələbat artarsa Azərbaycan hökuməti  TAP kəmərinin buraxıcılıq qabiliyyətinin artırılmasına hazırdır.  

Tərəflər həmçinin Türkmənistan qazının gələcəkdə Avropaya nəqlini nəzərdə tutan Tranz Xəzər qaz kəməri layihəsini də müzakirə edib və Azərbaycan-İtaliya arasında iqtisai əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti toplantısının  keçirilməsi  barədə razılığa gəliblər. Komissiyanın iclasının Pərviz Şahbazov və Di Stefanonun rəhbərliyi altında keçiriləcəyi nəzərdə tutulub. 

Fevralın 4-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 8-ci toplantısında Azərbaycan üçün hansı gözləntilər ola bilər? Ekspertlərlə bunu araşdırmağa çalışdıq.
 
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban anews.az-a açıqlamasında bildirib ki, Məşvərət Şurasının 8-ci toplantısı Azərbaycanla Avropa arasında qaz alqı-satqısına dair yeni bir səhifənin açılması olacaq.
 
"Bu toplantıda "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi məsələləri müzakirə ediləcək. Azərbaycan tərəfinin gözləntisi budur ki, Avropa Azərbaycandan əlavə olaraq nə qədər qaz almaq istəyir və Azərbaycanın imkanları nə qədərdir?! Digər müzakirə olunacaq əsas məsələ "Cənub Qaz Dəhlizi" hansı müddətə genişləndiriləcək və hansı mənbələrdən qazın Avropaya verilməsi baş verəcək", - deyə İlham Şaban bildirib.
 
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycan Avropaya Rusiya qədər qaz vermək gücündə olmasa da bunun ölkə üçün çox ciddi müsbət təsirləri ola bilər. 
 
"Rusiya-Ukrayna münasibətlərinin gərginliyi fonunda Avropa alternativ qaz mənbələri axtarır. Amerika da Avropaya dəstək verməyə çalışır. Avropa hazırda Amerika, Qətər və Azərbaycandan qaz almaqla bağlı  müzakirələr aparır. Azərbaycan Avropaya qazın ixracını artıra bilər. Amma həcmi nə qədər artırsaq da  aydındır ki, Rusiya qədər qaz sata bilmərik, çünki bu qədər qazımız yoxdur. Rusiya Azərbaycanla müqayisədə Avropaya 8-10 dəfə artıq qaz satır. Avropann qaza olan tələbatının 40%-ni  Rusiya ödəyür. Biz sadəcə qazın həcmini artıra bilərik. Azərbaycan Avropa üçün güclü tərəfdaşdır. Cənubi Avropa ölkələrinin bir neçəsinə Azərbaycan daha çox qaz verir.  Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının konfransında bu danışıqların daha da dərinləşəcəyini  gözləmək olar",  - deyə politoloq qeyd edib. 

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru İlham Hüseynli hesab edir ki, Azərbaycan  qaz ixracı ilə dünyada öz yerini möhkəmləndirmək istəyir.

"Azərbaycanın bütün hallarda siyasi və iqtisadi baxımdan mövqeyi həmişə cəlbedici olub. Dünyada baş verən hər hansı hadisələrin, fəlakətlərin, siyasi-iqtisadi krizlərin olması müharibə olan bölgələrdə baş verən hadisələr digər ölkələrin özlərini möhkəmləndirməsi üçün fürsətlər yaradır. Bu daha çox iqtisadi baxımdan baş verir. Ən doğrusu budur ki, Azərbaycan hansısa ölkələrin mövqeyindən asılı olmayaraq dünyadakı yerini biraz da bərkitsin. Bu həmişə belə olub. Dünyada baş verən ciddi proseslər ilk növbətə neftə və valutaya təsir edir. Azərbaycan da proseslərdən kənarda deyil. Hesab edirəm ki, bu konfrans Azərbaycanı daha üstün rola gətirə bilər", deyə Hüseynli bildirib. 
 
Beynəlxalq Enerji Agentliyi 2022-ci ildə Trans-Adriatik qaz kəməri ilə (TAP) Azərbaycandan Avropaya 10 milyard kubmetr qazın nəql ediləcəyini proqnozlaşdırıb. 

Bundan qabaq TAP AG boru kəməri şirkəti 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-ə kimi TAP ilə Avropaya 8,1 milyard kubmetr qazın nəql edildiyini bildirib. Bunun 6,8 milyard kubmetri İtaliyaya, 1,2 milyard kubmetrə qədəri isə Yunanıstan və Bolqarıstana  satılıb. 

Prezident İlham Əliyev yanvarın 12-də Azərbaycan KİV-ə verdiyi müsahibədə 2022-ci ildə 19 milyard kubmetr Azərbaycan qazının  ixrac ediləcəyinin proqnozlaşdırıldığını bildirib. Onun 8 milyard kubmetri Türkiyəyə, 7 milyard kubmetrdən çoxu İtaliyaya, qalanı isə Gürcüstan, Yunanıstan və Bolqarıstana nəql ediləcək. 

Bütövlükdə 2022-ci ildə Azərbaycan Avropaya 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. 

TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracına  2020-ci il dekabrın 31-dən başlanılıb. 

TAP boru kəmərinin uzunluğu  878 kilometr təşkil edir. Onun 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizindən və 8 kilometri İtaliyadan keçir. TAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub qaz dəhlizi layihəsinin son komponentidir. 

Qaz kəmərinin buraxıcılıq qabiliyyəti ildə 10 milyard kubmetrdir. Bu kəmər  "Mərhələ-2" çərçivəsində Şahdəniz yatağından çıxarılan qazın Yunanıstan , Albaniya vasitəsilə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin buraxıcılıq qabiliyyəti onun gücünü iki dəfə, yəni ildə 20 milyard kubmetrə kimi artırmağa imkan verir. 

TAP qaz kəmərinin sahibləri  SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP boru kəmərinin bünövrə qoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanda baş tutub.
 
Gülnar Nazimqızı
Ləman Qasımova
 
İSTİQAMƏT:6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol