Bankda onlayn notariat hərəkətləri həyata keçirmək OLACAQ

İnnovativ xidmətlərin və həllərin tətbiqini davam etdirən Azərbaycanın aparıcı
korporativ maliyyə institutu "PAŞA Bank” tərəfindən müştərilərə bank xidmətlərindən
yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında
təsdiq edə bilmək imkanı yaradılıb.
Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıqda ölkəmizdə ilk dəfə tətbiq olunan bu
texnoloji həll bir sıra əməliyyatlar üzrə müştərilərin Banka və ya notariusa bilavasitə
müraciət etmək zərurətini aradan qaldırmağa xidmət edir. Belə ki, "PAŞA Bank”ın Onlayn
Bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron
kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında
təsdiqlədə biləcəkdir.
Fevralın 9-da "PAŞA Bank” tərəfindən Ədliyyə Nazirliyi ilə birgə çoxsaylı kütləvi
informasiya vasitələrinin iştirakı ilə yeni istifadəyə verilən innovativ xidmətin ictimai
təqdimatı keçirilib. Tədbirdə çıxış edən "PAŞA Bank”ın Texnologiya blokunun baş
direktoru Vüsal Xəlilovun sözlərinə görə, bu texnoloji həll ilkin mərhələdə müştərilərlə
imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq
olunacaq. Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə
vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək.
"Müştərilərə göstərilən xidmətlərin daim təkmilləşdirilməsi və bank əməliyyatına
sərf olunan vaxta maksimum qənaət edilməsi "PAŞA Bank”ın əsas prioritetləri
sırasındadır. Bu cür texnoloji həllərin tətbiqi isə təkcə müştərinin deyil, həm də dövlət və
özəl sektor arasında təşkil edilən birgə xidmətlərin dairəsinin genişləndirilməsinə imkan
verəcək”, - deyə, V. Xəlilov bildirib.
Tədbirə qatılan Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları
idarəsinin rəisi Ağakərim Səməd-zadə Azərbaycan Respublikası
Prezidentinin
tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətində müasir texnologiyaların, o cümlədən
əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətlərinin tətbiqindən danışıb.
Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından
və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə
2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur. Artıq 200 mindən çox
istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarının daha asan,
rahat və məsafədən həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu doğurur.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin
tənzimlənməsində əhəmiyyətli rolu olan, cəmiyyətdə xüsusi nüfuza və çoxsaylı müştəri
auditoriyasına malik PAŞA Bankın onlayn bank platforması ilə "Mobil notariat” tətbiqinin
inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli
genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək
və dövlət – özəl tərəfdaşlığın nümunəsi olaraq ölkədə əlverişli biznes mühitinin
formalaşdırılmasına xüsusi töhfə verəcəkdir”, - deyə, A.Səməd-zadə bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























