Sabunçu rayonunun mərkəzi yolları bağlanır - Xəbərdarlıq

Bu gün saat 10:30-dan etibarən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yolun bağlanması ilə bağlı xəbərdarlıq yayıb.Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 10:30-dan etibarən, Sabunçu rayonunun mərkəzi yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























