OPEC-dən neftlə bağlı pozitiv PROQNOZ

2022-ci ildə neftə gündəlik tələbatın artımı əvvəlki kimi 4,2 milyon barel səviyyəsində gözlənilir.
OPEC-in fevral hesabatına görə, neft məhsullarına, xüsusilə də dizel yanacağına tələbatın artmasını şərtləndirən amillər arasında sənayenin və hava nəqliyyatının dirçəlməsi mühüm yer tutur.
Neftə gündəlik tələbatın həcmi 2021-ci ildə 96,6 milyon barel idisə, cari ildə 100,8 milyon barelədək artmalıdır ki, bu da koronavirus pandemiyasından əvvəlki 2019-cu ilə nisbətən 0,7 milyon barel çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























