• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank: "İlin ikinci yarısından inflyasiya azalmağa doğru gedəcək"

Mərkəzi Bank: "İlin ikinci yarısından inflyasiya azalmağa doğru gedəcək"
12.02.2022 13:17
"Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir".
 
Bunu  Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
 
Onun sözlərinə görə, bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bankı qarşısında duran başlıca hədəf inflyasiyanın həcminin, səviyyəsinin azaldılmasıdır: "Bildiyiniz kimi, inflyasiya olduqca qlobal bir iqtisadi proses kimi qarşımızda durub. Artıq yanvar ayının nəticələrində də görürük ki, dünyanın aparıcı ölkələrində inflyasiyanın səviyyəsi qalxmaqda davam edir”.
 
E. Rüstəmov qeyd edib ki, bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalmasına çox ümid edirik: "Çünki monetar, pul-kredit siyasəti sərtləşməlidir. Onlar antiinflyasiya tədbirlərini gücləndirməlidirlər ki, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 % təşkil edib.
 
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 % olub.
 
Mərkəzi Bankın proqnozlarına görə, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6 %) yuxarı - 6,6-7,5 % təşkil edəcəyi gözlənilir.
 
Ötən il ölkədə qiymətlər orta hesabla 6,7 % artıb.(Report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol