Bakı-Supsa kəməri ilə 4 mln. tondan çox neft nəql olunub

2021-ci ildə Bakı-Supsa Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsi ilə 4,2 mln. ton neft ixraca nəql edilib, bu məlumat Energetika Nazirliyinin ötən ilin nəticələrinə həsr olunmuş hesabatında öz əksini tapıb.
2020-ci ilin göstəricisi ilə müqayisədə ötən il QİBK ilə 0,1% az neft ixrac edilib.
Uzunluğu 833 km olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martınadək davam edib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.
www.anews.az
2020-ci ilin göstəricisi ilə müqayisədə ötən il QİBK ilə 0,1% az neft ixrac edilib.
Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























