ABB-dən maraqlı kitab!

ABB korporativ
sosial məsuliyyət layihəsi çərçivəsində daha bir kitabın nəşrinə dəstək verib.
Bu, biznes təlimçisi Elşən Bədirxanovun "Maraqlı MBA - Rəhbərin masaüstü
kitabı”dır. Fevralın 14-də "Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə
kitabın təqdimatı olub. ABB təqdimatdan dərhal sonra kitabın nüsxələrini
ayrı-ayrı qurumlara, ölkəmizdəki bütün universitetlərə və mərkəzi kitabxanalara
hədiyyə edəcək.
Uzun illər ölkəmizin
müxtəlif biznes qurumlarında rəhbər vəzifələrdə çalışmış müəllif bu kitabı
menecment təcrübəsi əsasında qələmə alıb. Kitab idarəetmə sahəsində əsas bilikləri
özündə birləşdirir. Praktik nümunələrə əsaslanır. Burada dünyanın tanınmış
biznes qurumlarının təcrübəsindən, nüfuzlu alimlərin fikirlərindən geniş
istifadə edilir.
ABB-nin İdarə
Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, kitabın mövzusu bu gün ABB-də
baş verən inkişaf ruhuna uyğundur: "Müasir
həyatımızda biznes inzibatçılığına dair biliklər çox önəmlidir. Bu cür kitablar
inkişaf proseslərinin özünü doğrultmuş təcrübəyə uyğun aparılmasına, dəyişikliklərin
düzgün idarə olunmasına şərait yaradır. Ana dilimizdə belə bilik resurslarının
yaranması çox faydalıdır”.
Müəllif Elşən Bədirxanov isə qeyd edib ki, "Maraqlı
MBA – rəhbərin masaüstü kitabı” rəhbərə lazım olan əsas bilikləri əhatə edir: "Bu, dərs vəsaiti deyil. İdarəçilik aləminə
maraqlı bir səyahətdir. Əminəm ki, burada yazılanlar menecerlərə və karyera
inkişafını planlaşdıran hər kəsə faydalı olacaq. Belə bir kitabın nəşrinə göstərdiyi
köməyə görə ABB-yə minnətdarlığımı bildirirəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























