• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika gəlirliyi 8,5% olan 15 milyon manat dəyərində istiqraz yerləşdirəcək

Bank Respublika gəlirliyi 8,5% olan 15 milyon manat dəyərində istiqraz  yerləşdirəcək
16.02.2022 10:40
Bakı, 16 fevral 2022. Ölkəmizin aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika, bank sahəsində olduğu kimi, kapital bazarında da uğurlu fəaliyyətini davam etdirir.
 
Belə ki, Bankın emissiya etdiyi 15 milyon manat dəyərində olan istiqrazlar Bakı Fond Birjasında (BFB) listinqə daxil
edilib və 18 fevral 2022-ci il tarixində rəqabətli hərrac üsulu ilə yerləşdirilməsini planlaşdırılır.
 
İstiqrazlar haqda ətraflı məlumat:
 
 Qiymətli kağızın növü - faizli, təmin edilməmiş sənədli adlı istiqrazlar
 
 Nominal dəyəri – 1.000 AZN
 
 Sayı – 15.000 ədəd
 
 İllik faiz dərəcəsi (kupon) - 8,5%
 
Faizlərin ödənişi - hər 6 aydan bir
 
 Tədavül müddəti- 2 il
 
 Anderrayter – "Paşa Kapital” İnvestisiya Şirkəti
 
"Bank Respublika”nın istiqrazlarını əldə etmək istəyən hər bir şəxs BFB-nin üzvü olan təşkilatlara müraciət edə bilər.
 
Ötən ilin dekabr ayında "Bank Respublika”nın emissiya etdiyi 10 milyon manat məbləğində istiqrazlar BFB-də uğurla yerləşdirilmişdir. Hərrac zamanı Bankın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq nəticəsində hərracda tələb təklifi 30% üstələmişdir.
 
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Ötən ilin nəticələrinə əsasən Bank bütün biznes sahələri üzrə dinamik inkişaf göstərmiş və aktivləri 19% artaraq 1,2 milyard manat, məcmu kapitalı 25% artaraq 104,48 milyon manat, xalis mənfəəti isə, 3 dəfə artaraq 19,5 milyon olmuşdur. Bank həmçinin, 2021-ci ildə Moody's beynəlxalq reytinq agentliyi tərəfindən
ölkə bankları arasında olan ən yüksək beynəlxalq reytinqlərdən (B3) birini almışdır.
 
Daha ətraflı məlumatı bankın rəsmi web saytında , facebook , instagram , linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol