Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil edib

2022-ci ilin yanvarında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub. Bunun 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib.
www.anews.az
"OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























