“Bank Respublika” 15 milyon manatlıq istiqraz yerləşdirib

"Bakı Fond Birjası”nda (BFB) "Bank Respublika"nın AZ2004002880 ISIN kodlu, 15 milyon manatlıq, 2 il tədavül müddətli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə BFB məlumat yayıb.
Məlumatda deyilir ki, hərraca 8 investor qiymət intervalı 991,04 manat (8,9995%) və 1 000 manat (8,5%) manat, ümumi məbləği isə 17,283 milyon manat olan 8 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























