Azərbaycanda təmassız bank kartlarının sayı 2 dəfə artıb

Ötən il Azərbaycanda 2020-ci il ilə müqayisədə ödəniş kartlarının sayı 20 %, o cümlədən təmassız kartların sayı 2 dəfə artıb, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən il ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib. Belə ki, 2022-ci ilin yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 11,5 milyon ədəd təşkil edib və bu kartların 65 %-i təmassız ödənişləri dəstəkləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























