SOCAR Bakıda Beynəlxalq Ekoloji Konfrans keçirəcək

Martın 16-da Bakıda "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü”nün (CEPI) təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə "Dekarbonizasiya və yeni enerjiyə keçid” mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.
SOCAR-ın verdiyi məlumata görə, konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması və qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq.
"Dekarbonizasiya və yeni enerjiyə keçid” və "Neft-qaz əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə” sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq xarakterli təqdimatlar keçiriləcəkdir. Tədbirdə həmçinin adaptasiya və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində "Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün yaradılmasına dair SOCAR, "KazMunayGaz”, BP, "Total E&P Absheron B.V.” və "Equinor Absheron AS” şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























