Azərbaycanın xarici dövlət borcu 685,8 milyon dollar azalıb

2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 %-ini təşkil edib.
Bu barədə Anews.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, Azərbaqycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində yaranmış öhdəliklərdir
"Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 %-ini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 %-ini təşkil edir. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb", - məlumatda deyilir
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























