ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçiləcək

EY Azərbaycan
şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi "EY İlin İş Adamı” müsabiqəsinin
qalibi martın 10-da elan ediləcək. Müsabiqədə bu il Azərbaycandan 9 şirkət
iştirak edir. Onlar ATL Tech, ELAD, Fortune Trade, IDEA, JL Tech, Your Decor and Events, ZIRA
Natural & Gourmet şirkətləri, Portmanat və YIĞIM
Ödəniş Sistemidir. Qalib bu şirkətlər arasından seçiləcək və "Dünya üzrə İlin İş
Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
ABB üçüncü
ildir ki, "EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə
sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir.
EY şirkəti tərəfindən
təsis edilmiş "EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın
ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının
məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir.
"EY İlin
İş Adamı" müsabiqəsi Azərbaycandan başqa 60-dan çox ölkədə təşkil edilir. Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqənin
tərəfdaşlarındandır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























