SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib

Fevralın 23-də
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən
Rövşən Nəcəf Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə SOCAR və Dünya İqtisadi Forumu
arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri ətrafında
fikir mübadiləsi aparılmış, Bakıda fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı
Rəqəmsal Mərkəzi ilə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə
edilib.
Rövşən Nəcəf qeyd
etmişdir ki, SOCAR Dünya İqtisadi Forumunun uzunmüddətli tərəfdaşıdır, əməkdaşlığın
davam etdirilməsində, Forumun gələcək tədbirlərində iştirak etməkdə maraqlıdır.
SOCAR-ın iki müəssisəsi- "Petkim” və "STAR” neft emalı zavodu Dünya İqtisadi
Forumunun "Global Lighthouse Network” şəbəkəsinin ən çox rəqəmsallaşmış müəssisələri
arasında yer almağa nail olmuşdur. Rəqəmsallaşma SOCAR-ın 2035-ci ilədək Korporativ
Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit
olunmuşdur. Bu baxımdan Azərbaycanda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin
fəaliyyətə başlaması Forumla SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün
yeni perspektivlər açır.
Dünya İqtisadi
Forumunun prezidenti Borge Brende Bakıda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin
açılmasından məmnunluğunu bildirmiş, Mərkəzin
yaradılmasının iki il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənabları ilə razılaşdırıldığını
vurğulayıb.
Bakıdakı Mərkəzdə süni zəka, rəqəmsal ticarət və s. sahələrdə araşdırmaların
aparılacağını söyləyən Borge Brende bu istiqamətlər üzrə Forumun dəyərli tərəfdaşlarından
olan SOCAR-la yeni əməkdaşlıq imkanlarının yarandığını ifadə etmişdir. O, eyni
zamanda enerji təchizatının dünya ölkələrinin gündəmində əsas məsələlərdən biri
olduğunu xatırladaraq, bərpa olunan enerjinin inkişafı və digər enerji layihələri çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə
maraq göstərdiklərini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























