• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Mərkəzi Bankına qoyulan sanksiyaların nəticəsi necə olacaq? - Şərh

Rusiya Mərkəzi Bankına qoyulan  sanksiyaların nəticəsi necə olacaq? - Şərh
27.02.2022 10:12
Qərb ölkələrinin Rusiyaya Ukraynaya hərbi təcavüz etməsi səbəbindən qoyduğu iqtisadi sanksiyalar arasında Rusiya Mərkəzi Bankına tətbiq edilən  sanksiya xüsusi önəm daşıyır. Bunu politoloq Şahin Cəfərli Facebook hesabında bildirib.

"Rusiya Mərkəzi Bankı  (MB, red) bundan sonra dollar, funt və avroda saxladığı vəsaitlərdən istifadə edə bilməyəcək. 2021-ci ilin ortalarına olan məlumata əsasən (mənbə - RBK) Rusiya MB-nin dollar ehtiyatları rezervlərin 16,4%-ni (96 milyard dollar) təşkil edir. 189 milyard dollar ekvivalentində avro, 38 milyard dollar ekvivalentində isə funt sterlinq vəsaiti var. Toplam olaraq Rusiya 323 milyard dollar məbləğində  vəsaitlə bağlı  artıq sərəncam verə bilməyəcək",  -  Cəfərli vurğulayıb.
 
Onun gətirdiyi dəlillərə görə, Rusiyanın valyuta ehtiyatlarının ümumi həcmi 469 milyard dollardır. Bundan başqa Rusiya 132 milyard dollar dəyərində qızıl ehtiyatına malikdir.
 
"Rubl gələn həftənin birinci günü birjalar açılan kimi çökəcək. Moskva birjası da çökəcək. Əlbəttə ki, bu fonda Ukraynanın dözüb dirənməsi Putin rejiminin tabutuna çaxılacaq son mismar olacaq”, -  Cəfərli qeyd edib.
 
Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri bu gecə Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.

"Birincisi, biz müəyyən Rusiya banklarının SWIFT bildiriş sistemindən kənarda qalmasını təmin etmək öhdəliyimizə sadiqik. Bu, həmin bankların beynəlxalq maliyyə sistemindən ayrılmasını təmin edəcək və onların qlobal bazarda fəaliyyətini durduracaq", - "Ağ Ev" bəyanatında  bildirir. 

Bəyanat müəllifləri hansı bankların bağlanacağını açıqlamır.

N.Təbrizli


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol