İqtisadi sektor rəsmiləri Putinin uzun masasına çağırılıb - FOTOLAR

Vladimir Putin, Elvira Nabiullina və Maksim Oreşkin Rusiya iqtisadiyyatında yaranmış çətin durumu müzakirə ediblər.
"Mən sizi iqtisadiyyat və maliyyə ilə bağlı məsələlər haqqında danışmaq üçün dəvət etmişəm. Mixail Vladimiroviç (Mişustin) ilə əvvəllər də bu mövzuda müzakirələrimiz olub. Təbii ki, i Qərb birliyi adlanan qurumun tətbiq etdiyi sanksiyalar nəticəsində yaranmış vəziyyətlə də bağlı müzakirələr aparmalıyıq. Əvvəlki çıxışımda dediyim kimi bu birliyi "yalan imperiyası" hesab edirəm", - Vladimir Putin iclası bu sözlərlə açıb.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın sifətindən Rusiya iqtisadiyyatının heş də rahat dövrünü yaşamadığı açıq bilinir.

Qərb ölkələri fevralın 28-dən Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edib. Buna səbəb bu ölkənin Ukraynaya hərbi təcavüzü olub. Rusiya banklarının, o cümlədən Putin , Lavrov və bir çox başqa Rusiya oliqarxlarının xarici ölkələrdə olan şəxsi aktilərinə sanksiyalar qoyulub, Rusiya banklari SWIFT hesablaşma sistemindən məhrum edilib, Mərkəzi Bankın valyuta ehtiyatları dondurulub, BP neft nəhəngi "Rosneft"də olan payını satışa çıxarıb, onun rəhbəri isə "Rosneft"in İdarə heyətindən gedib.
Bundan başqa Rusiya demək olar bütün beynəlxalq idman yarışları və musiqi festivallarında iştirakdan məhrum edilib. Qərb öz hava məkanını Rusiya hava aviaşirkətlərinin üzünə bağlayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























