Kapital Bank sahibkarlara dəstək göstərməsi üzrə liderdir!

Ölkə bankları arasında hər
zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif
kreditlər, kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank bu istiqamətdə
Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə sıx əməkdaşlıq edir. SİF pandemiyadan zərər
çəkmiş sahibkarların müvəkkil kredit təşkilatlarından aldıqları yeni kreditlərə
zəmanət və subsidiya verilməsini nəzərdə tutan dövlət zəmanətli kredit və
subsidiya mexanizmi başa çatdırılıb.
Nəticələrə görə Kapital Bank zəmanəti qüvvəyə minən 537 sahibkara dəstək göstərməklə 18 müvəkkil bank arasında birinci yerdədir. Proqram çərçivəsində 2630 müraciət üzrə 500 milyon manata yaxın kreditə 292 milyon manatdan artıq məbləğə zəmanət verilib. Zəmanət verilən kreditlər üzrə 17,3 milyon manat subsidiya ödənilib və kredit müddəti ərzində ödənişlər davam etdiriləcək.
Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır