Neftin qiyməti artmaqdadır - Ekspertlər şərh edir

Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,07 dollar artaraq 118,17 dollar olub. Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 3-də (116,10) qeydə alınıb.
Türkiyəli iqtisadçı Şükrü Yıldızın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başladığı gündən neft bahalaşmaqdadır.
"Müharibənin qığılcımları yeni görünməyə başlamışdı ki, neft qiymətində artımlar müşahidə olunurdu. Hərbi əməliyyatların miqyası genişləndikcə isə neftdəki qiymət artımı daha çox özünü biruzə verdi. Müharibədən əvvəl 100 dollar olan brent markalı neftin qiyməti 6 dollar artaraq 116 dollara çatıb", iqtisadçı vurğuladı.
İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycanda neftin baha olması ölkənin daha çox pul qazanması deməkdir, amma bunun inflyasiya doğuracağı da gözləniləndir.
"Azərbaycanın xarici ticarətinin təxminən 90 faizini neft-qaz və neft məhsulları təşkil edir. Neftin qiymətinin artması ölkəyə daxil olan valyutanın həcmini artırır, ümümdaxili məhsulun göstəricilərinə müsbət təsir edir. Neftin bahalaşması ölkənin gəlirlərinin artması ilə yanaşı, qızıl valyuta ehtiyatlarının artmasında da mühüm rol oynayır. Bahalaşma sayəsində qazanılan əlavə vəsaitlərin düzgün xərclənməsi vacibdir. Düşünürəm ki, bir hissəsi işğaldan azad olunmuş ərazilərin bərpasına, digər hissəsi sosial vəziyyətin yaxşılaşdırılmasına yönləndirilməlidir. Neftin qiyməti 100 dollardan yuxarı qalxarsa Azərbaycan büdcəsinə ən azı 5 milyard dollara yaxın əlavə gəlirlərin gəlməsi proqnozlaşdırılır. Bu, kifayət qədər böyük rəqəmdir, ölkənin mühüm problemləri bu vəsait ilə həll oluna bilər. Amma bazardakı məhsul qiymətlərinə neftin qiyməti birbaşa təsir göstərmir. Tam əksinə, idxal olunan məhsulların qiyməti arta bilər. Çünki bazarda neft-qaz məhsullarında qiymət artımı bir çox ölkədə məhsulların qiymətinin artımı ilə nəticələnə bilər. Nəzərə alaq ki, neftin bahalaşması ilə logistika, yükdaşıma bahalaşır, istehsal xərcləri artır. Belə olduqda isə idxal olunan məhsulların qiyməti artarsa təəccüblənmək lazım deyil ", - ekspert əlavə etdi.
Bu günə kimi isə "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
2022-ci ilin yanvarında Azərbaycanda 2,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1,8 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Hesabat dövründə 2,3 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib. Bunun 2,2 milyon tondan çoxu Xariic neft şirkətlərinin yaratdığı beynəlxalq konsorsiumun, 79,8 min tonu isə SOCAR-ın payına düşür.
2022-ci ilin yanvarında ölkədə 4,1 milyard kub metr təbii qaz hasil edilib. Qazın 1,2 milyard kub metri AÇG-dən ötürülən səmt qazının , 2,2 milyard kub metri "Şahdəniz”in, 0,7 milyard kubmetri SOCAR payına düşür. Ötən ilin müvafiq dövrünə nisbətən bu il qaz hasilatı 12,9 faiz artıb.
Hesabat dövründə xaricə qaz satışı 2 milyard kub metr təşkil edib. Türkiyəyə 0,8 milyard kub metr, Avropaya 0,8 milyard kub metr, Gürcüstana isə 0,4 milyard kub metr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kub metrdən çox qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2022-ci il tarixinədək 583 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli”dən 548 milyon tondan çox neft, "Şahdəniz”dən isə 35 milyon tona yaxın kondensat çıxarılıb.
Yataqlar istismara veriləndən 2022-ci ilin 01 fevral tarixinədək "Azəri-Çıraq-Günəşli”dən 191 milyard kub metrdən çox, "Şahdəniz”dən isə 160 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 110 milyard kub metrə yaxın həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvarında 583 min ton təşkil edib.
Ləman Qasımova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır