Visa və Mastercard-ın Rusiyadan getməsi rusiyalılar üçün nə deməkdir?

Visa və MasterCard öz müştərilərinə bildirib ki, bir neçə gündən sonra Rusiyada fəaliyyətini dayandıracaq. Yəni bundan sonra Rusiya vətəndaşları Rusiya banklarının onlara verdiyi Visa və MasterCard-larla nə ölkə daxilində, nə də ölkə xaricində alış veriş ed ə bilməyəcəklər.
Beləliklə Rusiya maliyyə sistemi faktiki olaraq xarici aləmdən təmamilə təcrid olunmuş vəziyyətə düşüb.
Hazırda Rusiya daxilində ödənişlər Rusiya Mərkəzi Bankı tərəfindən yaradılmış "Mir" ödəniş kartlarının istehsalçısı olan Milli kart ödəniş sistemi vasitəsilə həyata keçirilir.
Milli kart ödəniş sistemi 2014-cü ildə Krımın Ukraynadan ayrılmasından sonra yaradılıb.
Rusiya banklarının verdiyi Visa və MasterCard-larla AppStore və GooglePlay, o cümlədən ApplePay və GooglePay kimi tətbiqlərdən də istifadə etmək mümkün olmayacaq.
Rusiya Mərkəzi Bankı şənbə günü bildirib ki, Visa və MasterCard kartların bağlandığı hesablar olduğu kimi qalacaq. Onlarda yerləşdirilmiş pullar itməyəcək.
"Mir" kartları da bəzi xarici ölkələrdə çalışır. Bura əsasən MDB ölkələri , o cümlədən Türkiyə və Vyetnam daxildir", - Mərkəzi Bank bildirib.
"Mir" ödəniş kartları aşağıdakı ölkələrin ərazilərində işləyir:
Türkiyə
Vyetnam
Ermənistan
Belarus
Özbəkistan
Qırğızıstan
Tacikistan
Qazaxıstan
CƏnubi Osetiya
Abxaziya
Birləşmiş Ərəb Əmirlikləri
Kipr
Rusiya Mərkəzi Bankı həmçinin ölkədən xaricə gedərkən vətəndaşlara özləri ilə nəqd pul götürməyi də tövsiyyə edir. Çünki xaricdə buraxılmış Visa və MasterCard-dan Rusiya banklarının kartlarına köçürmələrin necə aparılacağı hələ bəlli deyil.
Visa və MasterCard - dünyanın ən iri ödəniş sistemləridir, lakin yeganə deyil.
Məsələn Rusiyaya qarşı tətbiq olunan sanksiyalara çox güman qoşulmayacaq Çinin Union Pay ödəniş sistemi var. Amma indiyədək Rusiya bankları müştərilərinə bu sistemə bağlı kartlar almağı təklif etməyib. Çin kartları Avropa ölkələri daxil olmaqla dünyanın 180 ölkəsində çalışır.
Bundan başqa American Express və Yaponiyanın JCB ödəniş kartları da var. Amma onların da Visa və MasterCard-ın dalınca Rusiyaya qarşı sanksiyalara qoşulacağı labüddür.
Odur ki, hələ uzun müddət Rusiya banklarının müştəriləri Rusiyanın Ukraynaya hücumu durmasa əziyyət çəkməli olacaqlar.
N.Təbrizli
www.anews.az
Beləliklə Rusiya maliyyə sistemi faktiki olaraq xarici aləmdən təmamilə təcrid olunmuş vəziyyətə düşüb.
Hazırda Rusiya daxilində ödənişlər Rusiya Mərkəzi Bankı tərəfindən yaradılmış "Mir" ödəniş kartlarının istehsalçısı olan Milli kart ödəniş sistemi vasitəsilə həyata keçirilir.
Milli kart ödəniş sistemi 2014-cü ildə Krımın Ukraynadan ayrılmasından sonra yaradılıb.
Rusiya tərəfindən ələ keçirilmiş Krımda ödənişlər indiyədək məhz bu sistem vasitsilə həyata keçirilirdi. Bu sistemə qoşulmuş Rusiya banklarının kartları ilə Rusiya daxilində və Krım yarımadasında alış veriş etmək olur. Amma bu kartlar xaricdə işləmir. O cümlədən bu kartlarla xarici internet mağazalarda da alış veriş etmək olmur.
Rusiya Mərkəzi Bankı şənbə günü bildirib ki, Visa və MasterCard kartların bağlandığı hesablar olduğu kimi qalacaq. Onlarda yerləşdirilmiş pullar itməyəcək.
"Mir" kartları da bəzi xarici ölkələrdə çalışır. Bura əsasən MDB ölkələri , o cümlədən Türkiyə və Vyetnam daxildir", - Mərkəzi Bank bildirib.
"Mir" ödəniş kartları aşağıdakı ölkələrin ərazilərində işləyir:
Türkiyə
Vyetnam
Ermənistan
Belarus
Özbəkistan
Qırğızıstan
Tacikistan
Qazaxıstan
CƏnubi Osetiya
Abxaziya
Birləşmiş Ərəb Əmirlikləri
Kipr
Rusiya Mərkəzi Bankı həmçinin ölkədən xaricə gedərkən vətəndaşlara özləri ilə nəqd pul götürməyi də tövsiyyə edir. Çünki xaricdə buraxılmış Visa və MasterCard-dan Rusiya banklarının kartlarına köçürmələrin necə aparılacağı hələ bəlli deyil.
Visa və MasterCard - dünyanın ən iri ödəniş sistemləridir, lakin yeganə deyil.
Məsələn Rusiyaya qarşı tətbiq olunan sanksiyalara çox güman qoşulmayacaq Çinin Union Pay ödəniş sistemi var. Amma indiyədək Rusiya bankları müştərilərinə bu sistemə bağlı kartlar almağı təklif etməyib. Çin kartları Avropa ölkələri daxil olmaqla dünyanın 180 ölkəsində çalışır.
Bundan başqa American Express və Yaponiyanın JCB ödəniş kartları da var. Amma onların da Visa və MasterCard-ın dalınca Rusiyaya qarşı sanksiyalara qoşulacağı labüddür.
Odur ki, hələ uzun müddət Rusiya banklarının müştəriləri Rusiyanın Ukraynaya hücumu durmasa əziyyət çəkməli olacaqlar.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























