• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Rusiya neft və qazından nə dərəcədə asılıdır?

Dünya Rusiya neft və qazından nə dərəcədə asılıdır?
09.03.2022 18:25
ABŞ prezidenti Co Bayden Rusiyadan neft, qaz və  daş kömürün ölkəyə idxalına qadağa qoyulduğunu elan edib.  Onun sözlərinə görə, bu  addım ABŞ-ın amerikalıların Putin hakimiyyətinə vurduğu növbəti güclü zərbə kimi dəyərləndirilib. 

"Biz Putinin başladığı müharibəni maliyyələşdirmək niyyətində deyilik", - Bayden vurğulayıb. 

Böyük Britaniya hökuməti də ABŞ-dan sonra Rusiya neft və neft məhsullarının idxalını 2022-ci ilin sonunadək dayandıracağını açıqlayıb.

Bazar və biznesə yeni reallıqlara uyğunlaşmaq və  Böyük Britaniya istehlakının 8%-ni təşkil edən Rusiya neftini əvəz edəcək mənbələr tapmaq lazım gələcək. 

Avropa İttifaqı da  bu ilin sonuna qədər  Rusiya enerji daşıyıcılarından  asılılığını iki dəfə azaltmaq planını açıqlayıb.

Bununla belə, prezident Bayden etiraf edib ki, ABŞ-dan fərqli olaraq Avropada olan müttəfiqlər Rusiya qazından asılı olduqları üçün bu ölkənin enerjidaşıyıcılarının idxalından imtina edə bilməyəcəklər.  

Almaniya və Hollandiya Rusiyadan neft idxalına qadağa qoyulması təklifini rədd edib.

Almaniya Rusiya qazından çox asılıdır. Rusiya onun  satışına istənilən məhdudiyyət qoyarsa bu Almaniya iqtisadiyatının zəifləməsinə səbəb ola bilər. 


 
Qərbin Rusiya neftinin idxalına qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiya Almaniyaya gedən magistral qaz kəmərini bağlamaqla hədələyib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyadan Almaniyaya gedən "Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılması dayandırıldı, lakin Rusiya qazı hələ də başqa marşrutlarla dünyaya ixrac edilir.

Rusiya nə qədər neft və qaz ixrac edir?


Rusiya neft hasilatına görə dünyada ABŞ  və Səudiyyə Ərəbistanından sonra üçüncü yeri tutur.  Rusiya orta hesabla gündə 4,5 milyon bareldən bir qədər çox neft ixrac edir. Bu həcmin yarıdan çoxu Avropaya gedir.

ABŞ Rusiya neftindən daha az asılıdır. 2020-ci ildə ABŞ-a idxal olunan neftin ümumi həcminin təxminən 3%-i Rusiyanın payına düşüb.

"Qazprom” 2021-ci ildə xaricə 185,1 milyard kubmetr qaz ixrac edib.

Avropanın böyük hissəsi Rusiya qazından çox asılıdır. Aİ ölkələrinin ümumi təbii qaz idxalının təxminən 40%-i Rusiyadan gəlir.
 



Rusiya qaz ixracını kəsərsə, ən çox İtaliya və Almaniya zərər çəkəcək, çünki bu ölkələr Rusiya qazından ən çox asılıdır.

Onlardan fərqli olaraq Böyük Britaniya Rusiyanın enerji daşıyıcılarından daha az asılıdır.  Bu ölkənin idxal etdiyi neftin 8%, dizel yanacağının isə 18%  Rusiyanın payına düşür. 

ABŞ Rusiya qazını idxal etmir, lakin dünyanın digər yerlərində idxalın kəsilməsi səbəbindən həm Böyük Britaniyada, həm də ABŞ-da qazın qiyməti hələ də yetərincə yüksəkdir.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya neftindən imtina "dünya bazarında "fəlakətli nəticələrə” gətirib çıxaracaq, bir barel neftin  qiyməti 300 dolları keçəcək.

Bu halda ölkələr başqa yerlərdən idxalı təşkil etməli olacaqlar ki, bu da qaz idxalı məsələsində xüsusi çətinlik yaradacaq. Çünki neftdən fərqli olaraq qazı  tankerlərlə daşımaq mümkün deyil. Bunun üçün xüsusi infrastruktur , yəni qaz boru xətləri tələb olunur. 

Alternativ enerji mənbələrindən istifadə etmək olarmı?


Bruegel analitik mərkəzinin proqnozlarına  görə, Rusiya Avropaya ixracı  dayandırarsa, Avropa ABŞ-dan  mayeləşdirilmiş təbii qaz (LNG) idxal edə bilər.

ABŞ və Böyük Britaniya Rusiya neftindən imtina edib. Bu ölkələrin iqtisadiyyatına ziyan dəyəcəkmi?

Yeni reallıqlar şəraitində bu ölkələr alternativ enerji mənbələrindən istifadə edə bilərlər. Lakin bu uzun müddət  və xeyli əmək tələb edəcək.

"Bərpa olunan enerjinin tətbiqi vaxt tələb edir, ona görə də qısa müddətdə bu problemi həll etməyəcək", - Tədqiqatçı-analitik Simona Talyapietra deyib .

"Yaranmış durumu gələn ilin qışı üçün düzəltmək üçün başqa yanacaq növlərinə  müraciət etmək lazım gələcək. Məsələn İtaliya və Almaniya fövqəladə vəziyyət zamanı daş kömürlə çalışan elektrik stansiyaları açmaq barəə düşünürlər”.

Neft və qazı başqa haradan idxal etmk olar?


ABŞ artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı xahiş edib, lakin neftin dünya bazarında qiyməti düşdüyündən bu ərəb ölkəsi amerikalıların istəyini rədd etmişdi. 

Səudiyyə Ərəbistanı OPEK-in ən çox neft hasil edən  üzvüdür. Bu təşkilat dünya neft ehtiyatlarının təxminən 60%-nə nəzarət edir, ona görə də OPEK neft qiymətlərinin müəyyən edilməsində əsas rol oynayır.

"Şimal axını-2” kayihəsi  Almaniyaya qaz  ixracını iki dəfə  artırmağa imkan verə bilərdi


Rusiya OPEK-in üzvü deyil, lakin  neft hasilatına məhdudiyyətlər qoymaq və beləliklə  hasilatçıların gəlirlərinin azalmasıma imkan verməmək üçün 2017-ci ildə bu ölkə ilə əməkdaşlığa başlanılıb. 

ABŞ həmçinin Venesuela neftinə tətbiq etdiyi sanksiyaları yumşaltmağı düşünür. Venesuela əvvəllər ABŞ-ın əsas neft ixracatçısı  idi. Lakin ABŞ Venesuelaya sanksiya qoyduqdan sonra ölkə öz neftinin böyük hissəsini  Çinə satmağa  başlayıb. 

Avropa Qətər, Əlcəzair və ya Nigeriya kimi mövcud qaz ixracatçılarına da müraciət edə bilər, lakin hasilatı sürətlə genişləndirmək üçün praktiki maneələr var.

Avropa üçün alternativ qaz kəmərlərindən biri də Azərbaycandan keçir.
 
Söhbət Transadriatik qaz kəmərindən (TAP) gedir. Bu il həmin kəmərlə Avropaya 10 milyard kubmetr qaz çatdırılacaq. 

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan  2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib, bunun 8,5 milyardı Türkiyəyə, 7 milyarda yaxını İtaliyaya, qalan hissəsi isə Gürcüstan, Yunanıstan və Bolqarıstana verilib.
    
"Azərbaycan qaz hasilatını və ixracını artıracaq. Qaz infrastrukturu tamamlandıqdan sonra Albaniya da Azərbaycan qazını ala biləcək. Hazırda bəzi Avropa ölkələrində Azərbaycan qazının istehlakdakı payı 80%-ə, bəzilərində isə 15-20%-ə çatır. 2022-ci ildə 2021-ci illə müqayisədə biz qaz ixracını artıracağıq, çünki qaz bazarının böyük potensial var”, - Əliyev bildirib.
   
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
    
TAP-ın ümumi uzunluğu 878 kilometrdir. O, "Şahdəniz” yatağından Yunanıstan və Albaniyadan keçməklə ildə 10 milyard kubmetr qazın Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin illik ötürmə qabiliyyətini 20 milyard kubmetrə çatdırmaq imkanı var. Amma bunun üçün müəyyən texniki işlərin görülməsinə ehtyac var ki, bu da layihə icraçılarının fikrincə 4-5 il tələb edir. 

Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracı  2020-ci il dekabrın 31-dən başlayıb. Layihənin dəyəri 4,5 milyard avrodur.
    
Layihənin sahibləri SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas ( 16% və Axpo (5%) şirkətləridir. 


N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol