• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın kapital mövqeyi güclənir

Yelo Bank-ın kapital mövqeyi güclənir
11.03.2022 13:00
Ölkəmizin sürətlə böyüyən banklarından biri olan Yelo Bank uğurlu fəaliyyəti sayəsində əlavə maliyyə vəsaiti cəlb edib. Belə ki, əsas səhmdar tərəfindən 25 mln AZN həcmində subordinasiyalı kreditin 6 il müddətinə ayrılması barədə müqavilə imzalanıb. Bu razılaşma Bankın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimaddan xəbər verir. Beləliklə, Yelo Bank uzunmüddətli maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.


İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək: "Subordinasiyalı kreditin cəlb edilməsi Bankın inkişafı üçün çox əhəmiyyətli addımdır. Bunun sayəsində bankımızın kapital mövqeyi güclənəcək, böyük həcmdə likvid vəsaitlər əldə ediləcək və kreditləşmə fəaliyyəti güclənəcək. Bu, həmçinin yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar da yaradır.”


Xüsusi subordinasiya borc öhdəliyi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq II dərəcəli kapitala aid edilir. Cari ilin fevral ayının sonuna Bankın məcmu kapitalı 63 mln AZN-i ötüb. Cəlb edilmiş subordinasiya vəsaiti hesabına məcmu kapitalın 89 mln AZN-i keçməsi planlaşdırılır. Bu da, tənzimləyicinin tələbindən 78% çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir. 


Bununla bərabər, 2022-ci ilin başlanğıcından Yelo Bank-ın maliyyə nəticələrində də artım müşahidə olunur. Bank cari ilin ilk iki ayı ərzində 30 mln AZN-dən çox depozit cəlb edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Bu ilin yanvar və fevral aylarında əldə olunan faiz gəlirləri də 2021-ci ilin eyni ayları üzrə müqayisədə 21% artaraq 11 mln AZN-i keçib. Bank-ın aktivləri ilin əvvəlindən 18 mln, ötən ilin başlanğıcından isə 166 mln AZN artaraq 551 mln AZN-i ötüb. İlk iki ay ərzində Yelo Bank cəmi 77 mln AZN həcmində kredit ayırıb ki, bunun da 70%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsinə ayrılıb. Bütün bunlar Bankın strateji inkişaf planının uğurlu icrasının göstəriciləridir.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! 


Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol