"Yaşıl kart" saxta sığorta şəhadətnamələrinin sahibləri problem yaşayacaq

Azərbaycan İcbari Sığorta və Türkiyə Motorlu Taşıt bürosu hər iki ölkə ərazisində saxta sığorta şəhadətnamələrinin daşıyıcılarını aşkarlamaq məqsədilə iki ölkənin "yaşıl kart" sistemlərinin inteqrasiyası ilə bağlı memorandum imzalayıb.
Azərbaycan İcbari Sığorta bürosunu rəhbəri Rəşad Əhmədovun sözlərinə görə, Azərbaycanda 2016-cı ildə "yaşıl kart" siğorta şəhadətnamələrini verməyə başlayıb. Hazırda dünyanın 48 ölkəsinə səyahət edən avtomobil sahibləri "yaşıl kart" sığorta şəhadətnaməsi alaraq bu ölkələrin ərazisində qəza törətdiyi halda öz itkilərini sığorta hesabına ödəyə bilirlər.
Yeni memorandum iki problemin həllinə imkan yaradacaq.
1. Yük və minik avtomobil sahiblərinin saxta sığorta şəhadətnamələri asanlıqla aşkar ediləcək.
2. Sığorta şirkətləriazad olacaqlar.
Belə ki, Rəşad Əhmədovun bildirdiyinə görə, avtomobillər gömrük məntəqələrində sığorta şhadətnamələrini təqdim edəcək . "Yaşıl kart" elektron ödəniş sistemi vasitəsilə bu şəhadətnamələrin doğru və ya saxta olduğu rahat müəyyən ediləcək.
Rəşad Əhmədov hazırda Azərbaycanın sığorta şəhadətnamələrinin dünyanın 48 ölkəsində keçərli olduğunu bildirib. Amma onlardan yalnız Türkiyə ilə elektron sistemlərin inteqrasiyasının təşkil edilib.
Onun sözlərinə görə, dünyada bu ilkdir. Hazırda Türkiyə, Yunanıstan və Bolqarıstanl da "yaşıl kart" elektron sistemlərinin inteqrasiyasını təşkil etmək istəyir. Beləliklə , Türkiyə vasitəsilə Azərbaycan gömrükçüləri Bolqarıstan və Yunanıstanda verilən sığorta şəhadətnamələrinin də doğru və ya saxta olduğunu müəyyən edə biləcəklər.
Rəşad Əhmədov Anews.az-a açıqlamasında onu da söylədi ki, hazırda Azərbaycan Sığorta şirkətləri ən çox Rusiya və Türkiyəyə gedən minik və yük avtomobillərinə sığorta şəhadətnaməsi verir. Belə ki , sığorta şəhadətnaməli üzrə illik dövriyyə 2 milyon manat təşkil edirsə onun 45% Rusiyanın, bir o qədəri Türkiyənin, 10%-i isə digər ölkələrin payına düşür. Digər ölkələrn də arasında Almaniya daha çox paya malikdir.
Rəşad Əhmədov bildirdi ki, Azərbaycan Rusya ilə də "yaşıl kart" elektron sisteminin inteqrasiyası barədə düşünür.
"Sığorta sistemləri siyasi platforma deyil. Rusiya-Ukrayna müharibəsi bizim işimizə təsir etməyəcək. Amma müharibə səbəbindən Rusiyaya və əks istiqamətdə gedən avtomobillərin sayı azalsa Rusiya ilə sığorta şəhadətnamələrinin sayında azalma müashidə ediləcək. Hələlik belə azalma müşahidə etmirik", - Rəşad Əhmədov deyib.
Bəs görəsən sanksiya altında olan Rusiyada Azərbaycandan olan müştərilər problem yaşasa sığorta haqlarının ödənişi necə həyata keçiriləcək.
Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Anews.az-a bildirib ki, sanksiyalar ödəmələrə problemlər yarada bilər.
"Rusiyaya tətbiq olunan saksiyalar ödəmələrə müəyyən problemlər yarada bilər. Bu prosesləri də digər proseslər kimi monitrinq edirik, qiymətləndirirk və bu məhdudiyyətlərdən irəli gələn belə xarakterli halları müvafiq tədbirlər həyata keçirərək həll etməyə çalışacağıq. Bu sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrdə öz təsirini göstərir. Bu münaqişənin cəmi 2 həftəlik tarixi var. Baş verənləri qiymətləndirilməsi ilə dərindən məşğuluq", - Ziya Əliyev bildirib.
Ölkələin "yaşıl kart" elektron sistemlərinin inteqrasiya edilməməsi səbəbindən sığorta şirkətlərinin özdənişinin 25-28% saxta tərtib edilən sığorta şəhadətnamələri əsasında icra edilir. İnteqrasiya bu problemi həll etməyə imkan verəcək.
N.Təbrizli
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























