• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə ilin iş adamı seçildi!

ABB-nin dəstəyi ilə ilin iş adamı seçildi!
14.03.2022 12:28
EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi "EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçilib. Münsiflərin rəyinə əsasən, müsabiqənin qalibi
ZIRA Natural & Gourmet brendinin təsisçisi Afət Əhmədova olub. O, ölkəmizi "Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək.
Münsiflər fərqli nominasiyaların qaliblərini də müəyyənləşdiriblər. "İnnovasiyalar” nominasiyasında ATL Tech şirkətinin təsisçisi Rəşad Mirzəyev, "Ən
yaxşı müştəri həlli” nominasiyasında YIĞIM Ödəniş Sisteminin təsisçisi və direktoru Vüqar Cəfərov təltif olunub. Müsabiqənin qalibi Afət Əhmədova "Sosial təsir” nominasiyası üzrə də mükafatlandırılıb.
 
Müsabiqəyə ABB ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da tərəfdaşlıq dəstəyi verib.
 
Mükafatlandırma mərasimində iştirak edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın "EY İlin İş Adamı Müsabiqəsi”nə üçüncü ildir ki, tərəfdaşlıq dəstəyi verdiyini xatırladıb: "Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. "EY İlin İş Adamı Müsabiqəsi”
də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin inkişafına fayda verir”.
 
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da müsabiqə barədə fikirlərini bölüşüb: "Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından əsas prioritetlərdən biridir. Bu hədəfə çatmaq üçün bir sıra mühüm
addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq üçüncü dəfə keçirilən "EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərmələri bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata
keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”.
 
"EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev isə
bildirib: "Bu müsabiqənin məqsədi yaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, maraqlı tarixçələri olan iş adamlarının uğurlarını
qiymətləndirməkdir. "EY İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyuruq”.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol