Rusiya Azərbaycandan ərzaq tədarükünü artırır

Rusiya Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırır.
Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.
Onun sözlərinə görə, Rusiya özünü əsas ərzaq malları ilə təmin edir və bazarın müxtəlif ərzaq məhsulları ilə zənginliyini, eləcə də rusiyalı tələbatçı üçün çeşidin artırılması məqsədilə idxal tədarükünü genişləndirir:
"Ehtiyat üçün alış-veriş etməklə süni tələbat yaratmaq lazım deyil. Xarici iqtisadi təzyiq şəraitində qıtlıq riski və ya çeşidin azalması üçün heç bir zəmin yoxdur. Biz bazarı yenidən səmtləşdirərək qarşılıqlı ticarəti nizamlayacaq, dost ölkələrlə tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik”.
Baş nazirin müavini xatırladıb ki, son ay yarım ərzində "Rosselxoznadzor” 140-dan çox xarici müəssisədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, Çin, Belarus Respublikası, Qırğızıstan və Qazaxıstandan ərzaq məhsullarının Rusiyaya gətirilməsinə icazə verib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır