• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradağda tikilən yeni stansiya Azərbaycana nə verəcək?

Qaradağda tikilən yeni stansiya Azərbaycana nə verəcək?
15.03.2022 16:29
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti  Azərbaycanın Qaradağ rayonunda  230 MVt-lıq  günəş elektrik stansiyasının tikintisinə start verib. Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov BƏƏ  energetika naziri Suxeyl al Mazrui ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. 

Stansiyanın tikintisi bu gündən başlayaraq 1,5 ilə başa çatacaq. Layihənin dəyəri 225 milyon dollardır. Tikinti xərclərini BƏƏ-nin "Masdar" şirkəti tam ödəyəcək. 
 
"Stansiyanın neçəyə başa gəlməsinin elektrik enerjisinin tariflərinə heç bir təsiri yoxdur. Elektrik enerjisi əvvəl olduğu kimi, Tarif Şurasının qoyduğu qiymətlər əsasında ödəniləcək. Stansiyanın tikintisi hər il 110  milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Bundan başqa 200.000 ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq",Şahbazov deyib. 

O həmçinin qeyd edib ki,  bu layihənin reallaşdırılması bərpa olunan enerji mənbələrinin Azərbaycan enerji sistemində payını əvvəlki 16,5%-dən 21,2%-ə kimi artırmağa imkan verəcək. Gələcəkdə isə Azərbaycan bu rəqəmi 30%-ə kimi artırmağı hədəfləyir. 

BƏƏ energetika naziri Suxeyl əl Məzrui isə yeni stansiyanın 110.000 mənzili elektrik ilə təmin edə biləcəyini vurğulayıb. 

Onun sözlərinə görə, stansiyanın tikintisi zamanı istifadə olunacaq avadanlığın 20%-i Azərbaycan podryadçıları hesabına təmin ediləcək. 


Yeni günəş elektrik stansiyasının tikintisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji sektorunda əməkdaşlığı genişləndirmək barədə bu gün imzaladığı sənədlər paketində nəzərdə tutulub. 

Belə ki, bu gün Azərbaycan və BƏƏ arasında 4 sənəd imzalanıb.  


- Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu.


- Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində Anlaşma Memorandumu.


- Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu.


- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu. 

Qaradaq günəş elektrik stansiyasının təməl qoyma mərasimində Azərbaycan Prezidenti də iştirak edib. 


Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol