Azərbaycan hava limanları bu il neçə nəfərə xidmət edib?

2022-ci ilin yanvar-fevralında Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin dövriyyəsi 546 min nəfər təşkil edib.
"Ümumilikdə ilin əvvəlindən bütün hava limanlarında sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80 faizi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Fevralda Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min nəfərə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur”, - məlumatda deyilir.
Eyni zamanda, 2022-ci ilin yanvar-fevralında Bakı Hava Limanından əsas aviadaşıyıcıları olan AZAL - 167 min nəfər (ümumi sərnişin dövriyyəsinin 38%-i), Buta Airways isə - 52 min nəfər (12%) sərnişin daşıyıb.
Fevralda Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 sərnişin aviaşirkəti Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.
2022-ci ilin martından etibarən Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hazırda Azərbaycanın müxtəlif regionlarında 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
www.anews.az

Ümumilikdə, 2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci illə müqayisədə iki dəfə çoxdur.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır