Dünya bazarında neft niyə ucuzlaşıb?

Dünya bazarında neftin qiyməti düşməyə başlayıb. Treuderlərin bunun səbəbini Çində COVİD-19-a yoluxma hallarının artması ilə izah edirlər. Belə ki, bazar iştirakçıları xəstəliyin Çin iqtisadiyyatına təsir edəcəyindən və bu ölkədə neftə olan tələbatın azalacağından ehtiyat edir.
Treyderlər həmçinin Rusiya-Ukrayna danışıqlarını da ciddi nəzarətdə saxlayır, münaqişənin bitəcəyinə ümid edirlər.
İran neftinin bazara qayıtmaq perspektivləri də real görünməyə başlayır.
ICE Futures London birjasında Brent markalı neftin may fyüçerlərinin qiyməti bir barrel üçün $99,07 olub. Bu da həftənin birinci günü qeydə alınmış qiymətdən $7,83 (7,32%) azdır.
Nyu York əmtəə birjasında WTI neftinin aprel fyüçerləri $8,15 (7,91%) ucuzlaşaraq bir barrel üçün qiyməti $94,86 kimi düşüb.
"Risk üçün treyderlərin təyin etdiyi əlavələr çox tez bir zamanda yox olur. Pandemiya və Çində qoyulan karatin məhdudiyyətləri bu ölkənin iqtisadiyyatında mənfi təsir edə bilər. Bu da neftin qiymətinə təsir edir" , - Bloomberg yazır.
Son bir həftədə neftin qiyməti 20% ucuzlaşıb.
Amma İran neftinin də uzun sanksiyalardan sonra dünya bazarına çıxarılması perspektivi də onun qiymətinə təsir edir.
Belə ki, martın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, ABŞ-dan Rusiyaya qarşı qoyulan sanksiyaların Rusiya və İranın nüvəə əməkdaşlıq proqramına şamil edilməyəcəyi barədə zəmanət alıb. Bu isə investorlarda müəyyən optimizmə səbəb olub. Əgər ABŞ İranın nüvə əməkdaşlıq proqramına etiraz etmirsə demək İran nefti də bazara qayıda bilər.
Amma bu ucuzlaşma Rusiyaya məxsus Urals neftinə aid deyil. Bu neftin qiyməti ucuz olaraq qalmaqdadır. Hələlik bu neftə ancaq Rusiya silahının əsas alıcısı olan Hindistan maraq göstərir.
Belə ki, Rusiyanın Ukraynaya təcavüzündn sonra ABŞ Rusiya neftini almaqdan təmamilə imtina etdi. Amma hətta bu neftdən rəsmi imtina etməyən ölkələr belə Urals-a maraq göstərmir. Hətta bəzi Avropa limanlarında fəhlələr Rusiya neftini tankerlərdən boşaltmaq istəmədiklərini bildirirlər.
Bununla yanaşı OPEC 2022-ci ildə 4,15 milyon barrel olmaqla neftə gündəlik tələbatın artacağını proqnozlaşdırır. Bu barərə təşkilatın mart ayı üçün dərc olunan hesabatında bildirilir.
OÖEC ekspertlərinin fikrincə, 2021-ci ildə neftə gündəlik tələbat 6,5 milyon barrel artıb. Buna səbəb isə bir çox istehlakmıların qazın qiymətinin bahalaşması səbəbindən yenidən neft istehlak etməyə başlamasıdır. Asiyada neft kimya məhsullarına tələbatın artması da nafta alıcılarının sayın artırıb. Bu da OPEC ekspertlərinin fikrincə, neftə tələbata müsbət təsir edib.
2021-ci ilin dekabrında 2020-ci ilin dekabrı ilə müqayisədə avtomobil benzininə gündəlik tələbat 2,3 milyon barrel, aviasiya kerosinin 0,7 milyon barrel, naftaya 0,6 milyon barrel artıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə neftə gündəlik tələbatın artımı 1,9 milyon barrel səviyyəsində proqnozlaşdırılır. Bu təşkilata daxil olmayan ölkələrdə isə bu göstərici 2,3 milyon barrel təkil edəcək.Amma bu proqnoz dünyada baş verən geo siyasi proseslərdən asılı olaraq dəyişə bilər.
OECD üzvü olan ölkələrin kommersiya neft ehtiyatları 2022-ci ilin yanvarında 2,68 milyon barrelə kimi azalıb.
Dünya bazarında neftin qiymətinə təsir edən amillərdən biri də bir çox OPEC üzvü olan ölkələrin neft hasilatının artırmalarıdır.
Belə ki, OPEC və OPEC+ üzvü olan ölkələr 2022-ci ilin fevralında Liviya, Səudiyyə Ərəbistanı hesabına gündəlik neft hasilatının 440 min barrel artırıb. Bu da yanvar ayının göstəricisindən 28,5 milyon barrel çoxdur.
Neft hasilatını artıran ölkələr arasında Liviya xüsusi liderlik edib. Bu ölkə gündəlik neft hasilatını 105 min barrel artıraraq 1,1 milyon barrelə çatdırıb. Digər ölkələr də hasilatı artırıblar.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























